İdman

"Qarabağ"ın keçmiş futbolçusu "Beşiktaş"ın hədəfində

13 May 2020 09:33
0 Şərh     Baxış: 1 256
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Milan"ın qapıçısı, müqavilə ilə "Bornmut"a məxsus olan  Asmir Beqoviç "Beşiktaş"ın transfer hədəfindədir.

Milli.Az sportal.az-a istinadla xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı qolkiperi icarəyə götürmək fikrindədir. Futbolçunun yaxınları məlumatı təsdiq edib:

"Təklif olsa da, müqavilə üçün uzun yol var. Beqoviç hazırda İtaliya A Seriyasında vəziyyətin necə olacağını düşünür. O, Türkiyədən gələn təklifin uyğun olub-olmadığını, şərtlərin nə olduğunu bilməli və qərarını verməlidir. Onun icarəyə veriləcəyini və ya birdəfəlik transfer olacağını bilməliyik. "Beşiktaş" Asmirlə ilk dəfə maraqlanmır".

Asmir Beqoviç mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib. "Bornmut" təcrübəli simanı qış fasiləsində "Milan"a icarəyə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.