İdman

Fəhlə işləyən Azərbaycan çempionuna məşqçi olması üçün yardım ediləcək - FOTO

29 Aprel 2020 15:51
4 Şərh     Baxış: 3 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kəpəz" PFK fəhlə işləyən futbol üzrə Azərbaycan çempionu, ən çox qol vuran futbolçu (bombardir) olmuş Rövşən Əhmədova məşqçi işləməsi üçün yardım edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev bildirib.

Belə ki, Gəncə klubu Rövşən Əhmədovun AFFA-nın C kateqoriyalı məşqçi kurslarına qatıla bilməsi üçün tələb olunan maliyyə ödənişini öz üzərinə götürüb. Qurum tərəfindən müvafiq kateqoriya üçün sənəd qəbulu başlayarkən sabiq futbolçunun kursa yazılması təşkil ediləcək.

Qeyd edək ki, son günlər "Kəpəz" klubu tərəfindən ona edilən maddi yardım zamanı şəklinin çəkilməsi ictimaiyyətdə müzakirələrə səbəb olub. O, "Qafqazinfo"ya açıqlamasında rəsmi olaraq heç yerdə işləmədiyini, fəhlə kimi çalışdığını bildirib.

Xatırladaq ki, Rövşən Əhmədov 1993/94 mövsümündə Tovuzun "Turan", 1994/95 və 1997/98 mövsümlərində Gəncənin "Kəpəz" klubları ilə ölkə çempionu olub. O, 1995/96 mövsümündə çempion ola bilməsə də, həmin vaxt Fazil Pərvərovla birgə 23 qolla şərikli bombardir adına yiyələnib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.