Mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçirilmə qaydalarında dəyişiklik edildi - QƏRAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair təlimatda dəyişiklik edilib.
Milli.Az-ın məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq qərar imzalayıb.
Mövcud təlimata görə, nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.
Qərara əsasən, nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qəyyumluq və himayəçilik orqanlarının qərarları bir iş günü ərzində himayədar ailəyə verilmiş uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə, digər hallarda isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal İcra Hakimiyyəti" portalına daxil ediləcək.
Həmçinin, yuxarıda göstərilən qərarların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək.
Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.
Həmin sənədlər "İnzibati icraat haqqında" Qanunauyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə biləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qızartma yağına bir parça kök atanda nə baş verir?
-
"Ali Rıza bəy" 16 ildən sonra həmin evdə - (Foto)
-
Cəlilabadda transformator yanıb
-
Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü
-
Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib - Pezeşkian
-
"Fənərbağça"da hücumun mərkəzinə iki namizəd var
-
Tramp: İran iqtisadi baxımdan çox pis vəziyyətdədir
-
Günün qoroskopu: Şəxsi münasibətlərinizdə yeni mərhələ başlayır
-
Alina Boz uşağının cinsiyyətini açıqladı (Video)
-
Vuçiç: Avropa böyük müharibənin astanasındadır
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurublar (Foto)
-
Sabah bir neçə rayonda işıq olmayacaq - Yenilənib
-
Möhsin Rezai İran Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib
-
Qadın deputat Baş nazirə yumurta atdı, iclas dayandırıldı
-
Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcək - XİN
-
Rusiyanın Suriyadakı hərbi obyektləri Dəməşqin nəzarətinə keçəcək
-
Sığorta bazarında yeniliklər gözlənilir (Video)
-
"Aclıq daşları" üzə çıxdı: Fəlakət xəbərdarlığı (Foto)
-
Bakıda 11 marşrutun dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq
-
Həsən Seyidbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
Hövsanda yeni stadionlar tikilir - (Video)
-
17 yaşlı qız Kürdə batıb - Yenilənib
-
İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək - Netanyahu





