İdman

"Barselona" oyunlara çıxmaqdan imtina edə bilər

27 Aprel 2020 13:18
0 Şərh     Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" koronavirusa yoluxub-yoluxmayacağına dair şübhələri olan futbolçularını oynamağa məcbur etməyəcək.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, mövsüm bərpa olunsa belə, "Barselona" oyunlarda iştirakdan imtina edə bilər. Katalon klubunun rəsmiləri hökumət təhlükəsizliyi tam təmin etmədiyi müddətcə matçlara çıxmağın riskli olduğunu düşünür. "Blauqrana"nın tibb işçiləri də koronavirusun hələ də təhlükəli olduğunu bəyan ediblər.

Daha əvvəl La Liqa prezidenti Xavyer Tebas oyunlara çıxmaqdan imtina edən klublara texniki məğlubiyyət veriləcəyini qeyd etmişdi.

Liqa rəhbərliyi "Barselona"nın mövqeyini dəstəkləmir. Lakin "katalonlar"ın rəsmi açıqlamasını gözləyən və onları dəstəkləməyə hazır olan daha 6 klub var. Belə olan halda, Tebas və komandası fərqli addım atmaq məcburiyyətində qala da bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.