İdman

Daha bir stadion test mərkəzinə çevrildi

20 Aprel 2020 14:35
0 Şərh     Baxış: 1 058
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərədə daha bir klubun stadionu koronavirusla mübarizə üçün qapılarını açıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, söhbət Premyer Liqa təmsilçisi "Brayton"un ev oyunlarını keçirdiyi stadiondan gedir.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, sözügedən arena koronavirus test mərkəzinə çevrilib. Bu stadionda gündəlik 1000 nəfərin testdən keçirilməsi üçün şəraitin yaradıldığı diqqətə çatdırılıb.

"Brayton" daha öncə səhiyyə sahəsində çalışanlara gələcək oyunlarında istifadə üçün 1000 bilet bağışlayacağını açıqlamışdı. İngiltərə Premyer Liqasında çıxış edən klublar arasında stadionunu ilk olaraq test mərkəzinə çevirən isə Tottenham olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.