İdman

Nəriman Abbasovun Moskvadakı döyüşü təxirə salındı - RƏSMİ

7 Aprel 2020 17:30
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı MMA idmançısı Nəriman Abbasovun "Fight Nights Global" turnirinin çempionluq kəmərini müdafiə edəcəyi döyüş təxirə salınıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatçı promouşnın rəhbəri Kamil Hacıyev məlumat verib:

"Sonadək inandıq ki, situasiya düzələcək. Bizim idmanın fanatlarını nə iləsə sevindirmək üçün heç olmasa turniri azarkeşsiz keçirməyə də hazır idik. Ancaq hələlik hamımız görürük ki, virusun yayılma dinamikası son dərəcə mənfidir. Bizim idmançıların, təşkilatçıların, turniri təmin edən bütün xidmət əməkdaşlarının sağlamlığı ilə risk etmək haqqımız yoxdur".

Beləliklə, aprelin 18-də Rusiyanın paytaxtı Moskvada keçirilməli olan "Fight Nights Global 98" turniri təxirə salınıb. Artıq yeni tarix də açıqlanıb. Həmin turnir sentyabrın 25-nə keçirilib.

Qeyd edək ki, daha əvvəl digər MMA döyüşçümüz Tofiq Musayevin "Rizin 22" turniri təxirə salınmışdı. Aprelin 19-da Yaponiyanın Yokohama şəhərində baş tutmalı olan görüşün iyulda keçiriləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.