İdman

"Çempionlar Liqası avqustun 3-dən gec olmayaraq başa çatmalıdır"

5 Aprel 2020 09:11
0 Şərh     Baxış: 1 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Çempionlar Liqasının finalı 3 avqustdan gec olmayaraq keçirilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin deyib.

A.Çeferin bildirib ki, Turniri eyni formatda davam etdirmək və ya hər dəfə bir oyun keçirmək olar:

"Hal-hazırda, bütün bunlar bir nəzəriyyədir, çünki vəziyyət fövqəladədir, lakin Çempionlar Liqası avqustun 3-dən əvvəl başa çatmalıdır".

A.Çeferin qeyd edib ki, Çempionlar Liqası və Avropa Liqasının qalan matçlarını may, iyun və iyul aylarında necə keçirəcəyimiz üzərində işlər aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.