İdman

İtaliya klubları koronavirusa görə 28,6 milyon avro itirəcəklər

7 Mart 2020 08:48
1 Şərh     Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya A seriyası oyunlarının azarkeşsiz keçirilməsi yarış iştirakçılarına baha başa gələcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, klublar bilet satışları ilə əlaqədar olaraq 28,6 milyon avro itirəcəklər.

Koronavirusun yayılması ilə əlaqədar qapalı qapılar arxasında keçiriləcək matçların biletlərinin və mövsümlük biletlərin məbləği azarkeşlərə geri qaytarılacaq. Ən çox ziyan "Yuventus"a dəyəcək. Turin təmsilçisi 12,3 milyon avro geri düşəcək. "Milan" 3,4 milyon, "İnter" isə 2,7 milyon avroluq ziyan görəcəklər.

Qeyd edək ki, koronavirus səbəbindən İtaliyada oyunlar bir ay boş tribunalar önündə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.