İdman

Dünya birinciliyi koronavirusa görə təxirə salındı

1 Mart 2020 14:30
0 Şərh     Baxış: 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında keçirilməsi nəzərdə tutulan ağır atletika üzrə dünya birinciliyi qeyri-müəyyən müddətə təxirə salınıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcraiyyə Komitəsi qərar qəbul edib.

Məlumatda bildirilir ki, dünya birinciliyi hazırda dünyada sürətlə yayılmaqda olan koronavirus təhlükəsi səbəbindən təxirə salınıb.

Sözügedən turnirin 14-21 mart tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu. Dünya birinciliyinin nə vaxt baş tutacağı bəlli deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.