İdman

“Real”ın hücumçu planı: Mbappeyə “yox”, Salaha “hə”

28 Fevral 2020 11:24
9 Şərh     Baxış: 2 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Real" klubunun hücumçu transferi ilə bağlı planı məlum olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "kral klubu" yay transfer pəncərəsi dövründə "Liverpul"un hücumçusu Məhəmməd Salahın keçidini həll edəcək. Madrid klubu misirli futbolçu üçün təzminat məbləği olan 150 milyon avro ödəməyə hazırdır.

"Real"ın əsas hədəfinin PSJ-nin gənc futbolçusu Kilian Mbappe olduğu, lakin transfer məbləğinə görə bu keçidin mümkün olmadığı deyilir. Paris klubu fransalı hücumçunun təzminat məbləğini 300 milyon avro olaraq müəyyənləşdirib. "Real" isə bu məbləği ödəməyə hazır deyil. Klub daha az məbləğə Salahı transfer etmək, eyni zamanda, futbolçusu Qaret Beylin də satışına nail olmaq niyyətindədir.

2017-ci ildən "Liverpul"un şərəfini qoruyan Salahın klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.