İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həmyerlimiz dünyada ilin ən yaxşı boksçusu seçildi
28 Noyabr 2011 14:57
0 Şərh
Baxış: 1 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Londonda keçirilən Olimpiya oyunlarına test xarakterli turnirin gedişində "Crowne Plaza" otelində milli komandamızın üzvü Məhəmmədrəsul Məcidova "ilin ən yaxşı boksçusu" mükafatı verilib. Azerisport.az xəbər verir ki, mükafatı boksçumuza AİBA prezidenti Çinq Ko Vu təqdim edib.
Beynəlxalq Boks Federasiyasının rəsmi saytında superağır çəkili idmançımız haqda yazı yer alıb. "Məcidov dünyanın ən yaxşıları sırasında" adlı məqalədə Azərbaycanın dünya çempionatları tarixində 2-ci qızıl medal alması qeyd olunub:
"Ağası Məmmədovun 2003-cü ildə Banqokdakı uğurundan sonra Azərbaycan növbəti qızıl medalı 8 il gözləməli oldu. Məhəmmədrəsul Məcidov 27 aprel 1986-cı ildə Dağıstanda dünyaya göz açıb. Buna qədər Mahaçqaladan Albert Səlimov və Artur Beterbiyev kimi dünya çempionları çıxmışdı.
Məcidovun beynəlxalq arenadakı ilk böyük uğuru 4 il əvvələ təsadüf edib. Boksçu 2007-ci ildə Umaxanovun xatirəsinə həsr olunmuş ənənəvi turnirdə bürünc medala layiq görülüb. Rusiyada böyük rəqabət olduğundan bu ölkənin milli komandasına düşmək olduqca çətindir. Məcidov 3 il öncə Rusiya çempionatında iştirak etsə də, birinci mərhələdə Maksim Babaninə məğlub olub. Buna baxmayaraq, o, daha sonra 3 beynəlxalq turnirdə mübarizə apararaq, mükafatçılar sırasına düşməyi bacarıb.
Məcidov 2009-cu ildə Bakıda keçirilən "Böyük İpək Yolu" beynəlxalq turnirində yarımfinalda qazaxıstanlı İvan Dıçkoya uduzaraq, bürünc medala sahib olub. Atırau şəhərində təşkil olunmuş Utemisovun memorialında da o, 3-cü nəticə göstərib. Növbəti Umaxanov turnirində isə Məhəmmədrəsul artıq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə hazırda "Baku Fires"in heyətində çıxış edən Hacı Murtuzəliyev üzərində inamlı qələbə qazanıb.
Məcidov WSB liqasında çıxış edərək öz dözümlülüyünü və fiziki hazırlığını artırmaq imkanı əldə etdi. Liqanın ilk mövsümündə 7 görüşdə qalib gələn boksçu yalnız mayda Çində keçirilən fərdi yarışlarda italiyalı Klemente Russoya cüzi üstünlüklə uduzub - 66:67. Avqustda milli komandanın heyətində təlim-məşq toplanışına qatılan idmançı yığmanın digər üzvləri ilə birgə Rusiyada hazırlıq keçib.
Məcidov Bakıdakı dünya çempionatına iki asan qələbə ilə başladı. O, özbəkistanlı Sərdor Abdullayev və kolumbiyalı İsayasa Menunu nokautla məğlub etdi. Məhəmmədrəsulun gənclər arasında sabiq dünya çempionu kubalı Savon üzərində də qələbəsi parlaq alındı. Azərbaycan yığmasının üzvü yarımfinalda vaxtilə uduzduğu İvan Dıçkonu 16:9 hesabı ilə üstələdi. Onun finaldakı rəqibi ingilis idmanının yeni ulduzu Entoni Coşua idi. 22:21 hesabı ilə qalib gələn Məcidov fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.
Boksçuya qızıl medalı Azərbaycan respublikasının prezidenti İlham Əliyev təqdim etdi və o, Məcidovun qələbəsini yüksək qiymətləndirdi. Azərbaycan idmançısının növbəti hədəfi London Olimpiadasında da uğur qazanmaq olacaq".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Stadionda ölən azarkeşlə bağlı “Sabah”ın açıqlaması
-
Rusiyalı azarkeş oğlunun yanında can veribmiş - (Yenilənib/Foto)
-
"Sabah"a 2 qol vuran Qordon ÇL-də həftənin ən yaxşısı seçilib
-
“Beşiktaş” – “Qalatasaray” derbisini o idarə edəcək
XƏBƏR LENTİ
-
Bütün zamanların ən böyük kino ulduzları
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev