İdman

Oyununu izləmək üçün getdikləri futbolçu 8-ci dəqiqədə qırmızı vərəqə aldı

11 Fevral 2020 17:05
0 Şərh     Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş"ın skautları kuryoz olayla üzləşiblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bir müddətdir izlədikləri Kosta Rikanın "Saprissa" komandasında çıxış edən 17 yaşlı Manfred Uqaldenin oyununa canlı baxmaq üçün San Xose şəhərinə gedən skautlar məyus olublar. Məsələ burasındadır ki, 8-ci dəqiqədə Manfred qırmızı vərəqə alaraq meydandan qovulub. Bu səbəbdən "Beşiktaş"lılar futbolçunu oyununa istədikləri qədər baxa bilməyiblər.

Qeyd edək ki, onlar İstanbuldan Kosta-Rikaya təyyarə ilə düz 11 min km.-ə yaxın yol uçublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.