İdman

Fatih Terim "Qalatasaray"ın prezidenti olmağa hazırlaşır

8 Fevral 2020 13:14
0 Şərh     Baxış: 1 980
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim klubun prezidenti seçilə bilər.

Milli.Az apasport.az-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşır.

İstanbul nəhənginin mövsümün sonlarına yaxın erkən seçim qərarı verməsi gözlənilir. 67 yaşlı mütəxəssis bu vəzifə uğrunda hazırkı rəhbər Mustafa Cengizə rəqib olacaq. Hətta bildirilir ki, Terim prezident seçilərsə, komandaya gətirəcəyi baş məşqçini də müəyyənləşdirib. O, keçmiş yetirməsi Okan Burukla bu barədə ilkin danışıq aparıb.

Qeyd edək ki, Fatih Terimin "Qalatasaray"la hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.