İdman

Braziliyalı dünya çempionu karyerasını başa vurdu

2 Fevral 2020 18:44
0 Şərh     Baxış: 1 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2002-ci ildə Braziliya yığması ilə dünya çempionu adını qazanmış Lusio karyerasını başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

41 yaşlı veteran 22 illik karyerasını tamamlamağa qərar verdiyini bildirib. Guara-nın yetirməsi olan, daha çox Bayern Munich, Bayer Leverkusen və İnter-dəki çıxışı ilə tanınan braziliyalı İnternasional, Juventus, San Paulo, Palmeyras, Goa, Gama və Brasiliense klublarının da uğurları üçün çalışıb.

Lusio Braziliya yığmasında 105 oyun keçirib, 4 qol vurub. Karyerası ərzində Çempionlar Liqası və Konfederasiyalar kubokunun da qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.