İdman

Viktor Mozes rəsmən "İnter"də

23 Yanvar 2020 22:03
0 Şərh     Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən mövsüm "Fənərbaxça"nın "Çelsi"dən icarəyə götürdüyü  Viktor Mozes "İnter"ə keçib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Nigeriyalı hücumçu ilə mövsümün sonuna qədər icarə müqaviləsi imzalanıb. Milan təmsilçisi icarə müddətinin sonunda futboçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, 29 yaşlı forvard bu mövsüm "Fənərbaxça"da 7 oyuna 1 qol vurub. O, "Fənərbaxça"dan  əvvəl "Liverpul" (2013-14), "Stok Siti" (2014-15) və "Veste Hem"də (2015-16) də icarə əsasında çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.