İdman

"Neftçi"nin futbolçusu pasportunu itirib

14 Yanvar 2020 12:35
0 Şərh     Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi"nin futbolçusu Stiven Monroz "ağ-qaralar"ın Antalyadakı təlim-məşq toplanışına qatılmayıb.

Milli.Az Azərbaycan Radiosuna istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı hücumçunun pasportunu itirməsidir. Yeni pasport üçün müraciət edən Monrozun yaxın zamanda təlim-məşq toplanışına qatılacağı gözlənilir.

2019-cu ilin iyulunda "Neftçi"yə keçən Monroz, bu mövsüm Azərbaycan Premyer Liqasında 13 oyuna 6 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.