İdman

"Qarabağ" ilin ən yaxşı komandası oldu

29 Dekabr 2019 12:14
0 Şərh     Baxış: 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Peşəkar Futbol Liqası 2019-cu ilin yekunu ilə bağlı statistika açıqlayıb.

Milli.Az qurumun saytına istinadən xəbər verir ki, bu il Azərbaycan Premyer Liqasında 112 oyun keçirilib. 2018/19 mövsümünün ikinci və 2019/20 mövsümünün ilk yarısında eyni 8 komanda mübarizə aparıb. Baş tutan 112 qarşılaşmada 279 qol vurulub. Orta məhsuldarlıq 2,49-a bərabər olub.

Premyer Liqada 2019-cu ilin ən yaxşısı "Qarabağ"dır. Ağdam klubu keçirdiyi 28 qarşılaşmada hamıdan çox - 20 qələbə qazanıb. İl ərzində yalnız bir dəfə uduzan Qurban Qurbanovun komandası digərlərindən daha çox - 67 xal toplayıb. İkinci göstəriciyə malik "Neftçi" 17 xal az yığıb. 3-cü nəticə isə "Zirə"yə məxsusdur.

2019-cu ildə "Qarabağ" ən çox, "Sabah" ən az qol vuran komanda olub. Ağdamlılar həm də ən az top buraxandısa, "Səbail" qapısında daha çox qol görüb.

Ümumiyyətlə, il ərzində yalnız iki komanda  - "Qarabağ"la "Neftçi" top fərqində müsbət saldoya malik olub. Digər 6 klubun buraxdığı qol sayı vurduğundan çoxdur.

1.  "Qarabağ" - 28 oyun, 67 xal

2. "Neftçi" - 28 oyun, 50 xal

3. "Zirə" - 28 oyun, 38 xal

4. "Keşlə" - 28 oyun, 34 xaı

5. "Qəbələ" - 28 oyun, 32 xal

6. "Sumqayıt" - 28 oyun, 32 xal

7. "Səbail" - 28 oyun, 32 xal

8. "Sabah" - 28 oyun, 23 xal

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.