İdman

Əliyar Ağayev "Dinamo"nun oyununda 4 "sarı" göstərdi

13 Dekabr 2019 12:24
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Kiyev "Dinamo"sunun "Luqano" ilə keçirdiyi oyunu azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib. 

MillişAz fanat.az-a istinadən xəbər verir ki, Ukraynada baş tutan qarşılaşma qollu bərabərliklə nəticələnib. İsveçrə təmsilçisi 45-ci dəqiqədə hesabı açsa da, ev sahibləri son dəqiqələrdə məğlubiyyətdən qurtulub - 1:1. 

Ağayev bu görüşdə qonaqların 4 oyunçusunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, bu nəticədən sonra "Dinamo" və "Luqano" müvafiq olaraq 3-4-cü yerləri tutaraq avrokuboklarla vidalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.