İdman

“Şerif”dən təklif almışam” - Ağabala Ramazanov

21 Noyabr 2019 18:30
0 Şərh     Baxış: 1 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səbail"in futbolçusu Ağabala Ramazanov Moldovanın "Şerif" klubundan təklif alıb.

Milli.Az xəbər verir ki, bu barədə qol.az-a 26 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib.

O, "Şerif"in 3 illik müqavilə təklif etdiyini söyləyib: "Şerif" menecerim vasitəsi ilə mənimlə əlaqə saxlayıb. 3 illik müqavilə təklif ediblər. Ancaq hələlik klublar arasında hər hansı bir danışıq olmayıb. Qərarımı verdikdən sonra klublar arasında digər detallar danışalacaq".

Milli komandamızın üzvü "Şerif"dən əlavə, Səudiyyə Ərəbistanı və Küveyt klublarından təkliflər aldığını bildirib: "Şerif"dən başqa, Səudiyyə Ərəbistanı və Küveyt klublarından təkliflər var. Özüm də legioner həyatı yaşamaq istəyirəm. Amma dəqiq qərarımı qışda verəcəyəm. Çünki hələ qarşıda "Səbail"lə oyunlarımız var. Ona görə bu haqda çox danışmaq istəmirəm".

Qeyd edək ki, son Moldova çempionu olan "Şerif" klubu hazırda 70 xalla turnir cədvəlinin vahid lideridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.