İdman

Ronaldudan yeni rekord

7 Noyabr 2019 10:05
1 Şərh     Baxış: 3 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kristianu Ronaldu Çempionlar Liqasında daha bir rekorda şərik olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu "Lokomotiv"lə Rusiya paytaxtı Moskvadakı matçda meydana çıxmaqla avrokuboklarda 174-cü oyununu keçirib.

Bununla da Ronaldu qitəmiqyaslı klub turnirlərində ən çox qarşılaşma keçirən sahə oyunçusu Paolo Maldiniyə çatıb. "Milan"ın sabiq müdafiəçisi də 174 avrokubok matçının iştirakçısı olub.

Matç sayında bu iki futbolçu yalnız qapıçı İker Kasilyasdan geri qalır. İspan qolkiperin hesabında 188 qarşılaşma var.

Qeyd edək ki, Ronaldu dörd klubun - "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus"un heyətində üç turnirdə oynayıb. O, Çempionlar Liqası, UEFA kuboku və UEFA Superkuboku həyəcanı yaşayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.