İdman

“Çempionlar Liqasında qalib olmaq üçün hazır deyilik” - Qvardiola

22 Oktyabr 2019 11:09
0 Şərh     Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə mətbuatına açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Sky Sports"a danışan ispan mütəxəssis, Çempionlar Liqasını qazanmağa hələ hazır olmadıqlarını deyib:

"Hamı deyir ki, məqsədimiz Çempionlar Liqasını qazanmaqdır. Ancaq biz bu turnirdə qalib olmaq üçün hazır deyilik. Hər oyunda mümkün qədər çox qol imkanları yaradırıq, amma yenə də çatışmazlıqlar var.

Son iki mövsümdə yüksək performans sərgiləyirik. Şanslarımızı reallaşdırmaq üçün daha çox işləməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.