İdman

"Mançester Siti" üçün ŞOK - FOTO

6 Oktyabr 2019 19:59
0 Şərh     Baxış: 3 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 6-da İngiltərə Premyer Liqasının səkkizinci turunun növbəti oyunları keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, turun ikinci günün gözlənilməz hesabı "Etihad" stadionunda qeydə alınıb. Son çempion "Mançester Siti" öz meydanında "Volverhemton" klubunu qəbul edib.

Görüş qonaqların qələbəsi ilə başa çatıb - 0:2. Oyunda ilk qol 80-ci dəqiqədə vurulub. Adama Traore fərqlənib. Qoldan doqquz dəqiqə sonra qonaqlar rəqibini əks hücumda yaxalayaraq ikinci dəfə meydanın mərkəzinə dəvət edib. Adama Traore dublun rəsimləşdirib.

Bu "Mançester" təmsilçisinin cari mövsümdə ikinci məğlubiyyəti olub. Onlar 5-ci turda səfərdə "Norviç Siti"yə 3:2 hesabı ilə uduzublar.

"Mançester Siti" klubu çempionluq uğrunda mübarizədə əsas rəqibi olan "Liverpul"dan 8 xal geri qalır və turnir cədvəlində üçüncü yerdə qərarlaşıb (16xal). "Volverhemton" isə 10 xalla 11-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, çempionluğa iddialı "Liverpul" oktyabrın 5-də öz meydanında "Lester Siti" klubuna 2:1 hesabı ilə qalib gəlib.

Görüşdə hesabı 40-cı dəqiqədə meydan sahibləri açıb. Rəqib qapısından topu Sadio Mane keçirib. "Lester Siti" 80-ci dəqiqədə Jeyms Madissonun vurduğu qolu ilə hesaba tarazlıq gətirib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqədə "Liverpul"un yarımmüdafiəçisi Jeyms Milner qələbə topunu vuraraq komandasına növbəti üç xal qazandırıb.

Yurqen Klopun yetirmələri bu mövsümdə ardıcıl 8-ci qələbəsini qazanıb və 24 xalla turnir cədvəlində birinci pillədəki yerini möhkəmlənləndirib. "Lester Siti" isə 14 xalla üçüncü yeri tutur.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Brayton" - "Tottenhem" - 3:0,

"Börnli" - "Everton" - 1:0,

"Norviç Siti" - "Aston Villa" - 1:5,

"Vatford" - "Şeffild Yunayted" - 0:0.

"Vest-Hem Yunayted"-"Kristal Palas" - 1:2,

"Arsenal" - "Bormunt" - 1:0,

"Southemton" - "Çelsi" - 1:4.

Qeyd edək ki, tura "Nyukasl Yunayted" - "Mançester Yunayted" oyunu ilə yekun vurulacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.