İdman

Cəbrayıl Həsənov finalda məğlub oldu

22 Sentyabr 2019 17:36
3 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 79 kq. çəkidə yarışan sərbəst güləşçimiz Cəbrayıl Həsənov həlledici görüşdə ABŞ idmançısı, 2018-ci ildə dünya çempionu olan Kayl Deyklə üz-üzə gəlib.

Görüş amerikalı idmançının 4:2 hesablı qələbəsi ilə başa çatıb. Gümüş medalla kifayətlənməli olan Cəbrayıl Həsənov növbəti dəfə dünya çempionatının "qızıl"ına  həsrət qalıb.

Qeyd edək ki, təmsilçimiz Şərif Şərifov da final matçına çıxacaq. 97 kq. çəkidə mübarizə aparan olimpiya, dünya və Avropa çempionumuz Rusiyanı təmsil edən Abdulrəşid Sadullayevla üz-üzə gələcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.