İdman

Prosineçkinin istefası qəbul olunmadı

11 Sentyabr 2019 12:29
0 Şərh     Baxış: 604

Robert Prosineçkinin futbol üzrə Bosniya və Herseqovina millisinin baş məşqçisi postundan istefası qəbul olunmayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol İttifaqının İcraiyyə Komitəsi qərar verib.

Xorvatiyalı mütəxəssisin müqaviləsi bitənədək - 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək postunda qalması məqsədəuyğun sayılıb. Prosineçki futbol qurumunun prezidenti və İcraiyyə Komitəsindən dəstək aldığı üçün işinə davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, Robert Prosineçki sentyabrın 8-də səfərdə Ermənistana 2:4 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə matçından sonra Bosniya və Herseqovina millisindən istefa verdiyini açıqlayıb. O, 2014 - 2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.