İdman

“Real”ın futbolçusu rəsmən “Arsenal”da

26 İyul 2019 19:56
0 Şərh     Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, London təmsilçisi Madrid "Real"ının yarımmüdafiəçisi Dani Sebalyosu heyətinə qatıb.

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. "Topçular" gənc futbolçunu 1 illik icarəyə götürüblər.

Sebalyos "Real"a 2017-ci ildə "Betis"dən transfer olunub. Amma 22 yaşlı futbolçu Madrid klubunda elə də çox forma şansı qazanmırdı.

"Arsenal" Sebalyosla yanaşı, Fransanın "Sent-Etyen" klubunun 18 yaşlı müdafiəçisi Uilyam Salibanı da transfer etdiyini açıqlayıb. Amma London klubu 30 milyon təzminat ödəyəcəyi gənc futbolçunun daha bir mövsüm Fransa təmsilçisində icarədə oynamasına razılıq verib. Bir sözlə, Saliba "Arsenal"a gələn yay qoşulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.