İdman

"Qarabağ"ın gücünə bələdik" - kosovolu futbolçu

16 İyul 2019 21:23
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlk oyunda baş məşqçi mənə az da olsa şans verdi. Ümid edirəm ki, əsas heyətdə özümə yer tapacağam. Bu, hələ başlanğıcdır. Komandada özümü kifayət qədər yaxşı hiss edirəm. "Partizani" əla klubdur. İnanıram ki, bu mövsüm çempion olacağıq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Partizani"nin yarımmüdafiəçisi Ron Broya deyib. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah "Qarabağ"la keçirəcəkləri cavab oyunu haqda danışan kosovolu futbolçu matça ciddi hazırlaşdıqlarını söyləyib:

"Çətin oyun olacağını bilirik. Çünki "Qarabağ"ın gücünə bələdik. Oyuna çox yaxşı hazırlaşmışıq və hesab edirəm ki, mərhələni keçə bilərik".

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu yerli vaxtla 21:00-da başlayacaq. Albaniyadakı ilk matçda hesab açılmamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.