İdman

"Messi bizə hörmətsizlik etdi" - Dani Alveş

9 İyul 2019 11:29
4 Şərh     Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya millisinin futbolçusu Dani Alveş Argentina yığmasının kapitanı Lionel Messini son açıqlamasına görə tənqid edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, təşkilatçıların Amerika kubokunu Braziliyanın qazanması üçün əlindən gələni etdiyi fikri ilə razılaşmayıb: "Bir insan sırf dostunuzdur deyə haqlı ola bilməz. Hadisənin təsirindən belə sözlər söyləmək olar. Amma mən bu fikirlə razılaşmayacam. Hər şeydən əvvəl o, bizim komandamıza hörmətsizlik etdi. Bundan başqa, bir çox peşəkar futbolçuya da hörmətsizlik etdi. Mən həmişə doğruları söyləyən dostam. Messinin söylədiyi sözlər düzgün deyil".

Çili ilə matçın 37-ci dəqiqəsində meydandan qovulan Messi oyundan sonra hakimləri tənqid etmiş və Argentinanın rüşvətə görə finala çıxa bilmədiyini demişdi. O, hakimlərin Braziliyaya kömək etdiyini söyləmişdi.

Qeyd edək ki, Argentina yarımfinalda Braziliyaya 0:2 hesabı ilə uduzmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.