İdman

"Hər şeyə görə onu günahlandırırlar" - Falkao Messini müdafiə etdi

18 İyun 2019 19:34
0 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolumbiya millisinin hücumçusu Radamel Falkao "Barselona"nın kapitanı Lionel Messini müdafiə edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Monako"lu futbolçu Argentina yığmasının Amerika kubokunun qrup mərhələsində Kolumbiyaya 0:2 hesablı məğlubiyyətinə görə tənqid olunan 31 yaşlı superulduzun bu cür münasibətə layiq olmadığını bildirib:

"Messi bir qol vuranda deyirlər ki, niyə dubl etmədi. Məhsuldar ötürmə verəndə deyirlər ki, daha çoxunu edə bilərdi. Yaxşı oynayanda deyirlər ki, müdafiəçilər zəif idi. Cərimə zərbəsindən fərqlənir, deyirlər ki, canlı sədd səhv yerdə dayanmışdı. Argentina uduzur, yenə günahkar Messidir. Dünyanın ən yaxşı futbolçusu olduğu üçün bu cür bədəl ödəməli olur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.