İdman

Buffon sabiq klubuna qayıdır

11 İyun 2019 19:19
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-dən ayrılan əfsanəvi italiyalı qapıçı Canluici Buffon sabiq klubu "Parma"ya qayıda bilər.

Milli.Az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, "Parma" 41 yaşlı qolkiperə təklif göndərib. Daha bir mövsüm oynamaq istəyən təcrübəli qolkiper bu təklif müsbət yanaşır.

Klub rəsmiləri Buffonla görüşüb və ilkin danışıqlar baş tutub.

Buffon 13 yaşında "Parma"nın akademiyasına qoşulub. İtaliya millisinin sabiq üzvü 2002-ci ildə 52,8 milyon avroya "Yuventus"a keçmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.