İdman

Karate üzrə "Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək

25 May 2019 08:03
0 Şərh     Baxış: 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1-2 iyun tarixlərində Gəncə şəhərində "Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Gəncə Olimpiya İdman Kompleksində yarışda bir sıra yaxın ölkələrdən müxtəlif yaşlı karateçilərin iştirakı gözlənilir.

Azərbaycan Milli Karate Federasiyası, federasiyanın Gəncə Regional Şöbəsi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi yarışda 6-12 yaşadək uşaqlar və 14-15 yaşlı yeniyetmələr kumite və kata çxışlarında mübarizə aparacaq.

1 iyunda saat 14:00-da beynəlxalq turnirin təntənəli açılış mərasimi olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.