İdman

Makqreqor və Nurməhəmmədov arasında revanş döyüşü ola bilər

22 May 2019 18:39
0 Şərh     Baxış: 1 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki fərqli çəki kateqoriyasında UFC çempionu kəmərini daşımış irlandiyalı qarışıq əlbəyaxa idman növləri ustası Konor Makqreqor yüngül çəkidə hazırkı UFC çempionu Həbib Nurməhəmmədovla revanş döyüşünün keçiriləcəyini istisna etməyib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Nurməhəmmədovla Makqreqor arasında ilk döyüş oktyabrın 6-da Las-Veqasda keçirilmiş və dördüncü raundda rusiyalının danılmaz qələbəsi ilə başa çatmışdı. Döyüşdən sonra hər iki komandanın üzvləri arasında kütləvi dava düşmüşdü. 

Yanvarın 29-da Nevada ştatının atletika komissiyası irlandiyalı döyüşçünü 50 min dollar cərimələyərək, altı ay müddətinə diskvalifikasiya etmişdi. Rusiyalı idmançı isə doqquz ay müddətinə UFC yarışlarından kənarlaşdırılmış və yarım milyon dollar məbləğində cərimələnmişdi.

"Onu təbrik edirəm, həmin matçı qazanıb, görək növbəti dəfə necə olacaq. Əminəm ki, yenidən üz-üzə gələcəyik. Hər halda bu idmandır, qəddar idman növü olsa da, idmandır. Ona hörmət edirəm, həmin döyüş axşamı mən məğlub olmuşdum", - deyə Makqreqor bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.