İdman

Mükafatlandırmaya getmədi, gecəni məşhur müğənni ilə keçirdi - FOTO

21 May 2019 09:45
0 Şərh     Baxış: 1 935

PSJ-nin futbolçusu Neymar Fransa Peşəkar Futbolçular Birliyinin keçirdiyi "İlin futbolçusu" mükafatlandırma mərasiminə qatılmayıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, braziliyalı ulduz məşhur müğənni Rihanna ilə əyləncəyə yollanıb. Onların gecə səhərə qədər əyləndiyi bildirilir.
Neymar gecə əyləncəsindən çəkilmiş fotonu sosial media hesabından paylaşıb. Fotoya 2,5 milyondan artıq "like" gəlib. Neymar fotoya "Kraliça və güclü qadın" şərhini yazıb. 

Eyni gecədən Rihanna da foto paylaşıb. Amma pop-star paylaşımda Neymara yer verməyib. 

Qeyd edək ki, Fransa Peşəkar Futbolçular Birliyi "İlin futbolçusu" mükafatını Neymarın PSJ-dəki komanda yoldaşı Kilian Mbappeyə verib. Braziliyalı futbolçunun mərasimə qatılmaması tənqidlərə səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.