İdman

"Çelsi" uddu, "Mançester Yunayted" autsayderlə bacarmadı

5 May 2019 20:55
0 Şərh     Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında 37-ci turun daha 2 oyunu keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, eyni saatda başlayan matçlarda "Çelsi" evdə "Uotford"la, "Mançester Yunayted" isə səfərdə "Haddersfild"lə qarşılaşıb. London klubu rəqibinə 3 cavabsız qolla qalib gəlib. "Qırmızı şeytanlar" isə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və çempionşipə düşməyi dəqiqləşən komanda ilə bərabərə qalıb - 1:1.

5 may

17:00. "Çelsi" - "Uotford"- 3:0
Qollar: R. Loftus-Çik, 48 (1:0), D. Luis, 51 (2:0), Q. İquain, 75 (3:0)

17:00. "Haddersfild" - "Mançester Yunayted" - 1:1
Qollar: S. Maktominay, 8 (0:1), İ. Mbenza, 60 (1:1)

Qeyd edək ki, bu qələbədən sonra xallarını 71-ə çatdıran "Çelsi" 3-cü pilləyə yüksəlib. "Mançester Yunayted" 66 xalla 6-cı sırada qalıb. 50 xalı olan "Uotford" 10-cudur, 15 xallı "Haddersfild" isə sonuncudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.