Lotu Qulinin adamı Moskvada sahibkarı güllələyib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qanuni oğru" Rövşən Caniyev (Rövşən Lənkəranski) öldürülüb, onun "həmkarı" Nadir Səlifov Türkiyədən Dubaya köçüb, lakin Rusiyada onların tərəfdarları arasında qarşıdurma səngimir.
Bu yaxınlarda Moskva vilayətinin Lenin rayonunda Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə nəticələnən insidentin təfərrüatı məlum olub.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Moskvadakı Azərbaycan diasporunun nümayəndələri məlumat veriblər.
Qeyd edək ki, aprelin 14-də gecə naməlum şəxs azərbaycanlıların olduğu avtomobilə odlu silahdan atəş açıb. Nəticədə bir nəfər ölüb, digəri yaralanıb.
Məlum olub ki, qətlə yetirilən şəxs Ağsu rayon sakini, 1987-ci il təvəllüdlü Şəfi Məhəmmədovdur. O, qarın nahiyyəsindən aldığı xəsarət nəticəsində ölüb. Digər şəxs (1983-cü il təvəllüdlü) isə yaralanıb, o, ölənin dostu idi. Faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsi tərəfindən müvafiq maddələrlə cinayət işi açılıb.
Rusiya KİV-i yazırdı ki, münaqişə "Food city" bazarından alınan xarab kartof üstündə olub. Müştərilər 300 min rubl məbləğində 18 ton kartof alsalar da, sonradan məshulun xarab olduğunu biliblər. Bazara qayıdıb pulu tələb etdikdə, satıcı məhsulun dediyi yerə gətiriləcəyi təqdirdə vəsaiti qaytaracağını bildirib. Təyin olunan yerdə görüş şənbə günü gecə saatlarında baş tutub. Yaranmış mübahisə atışma və qanla bitib.
Həmyerlilərimizin bildirdiyinə görə, Şəfi Məhəmmədov "Food city"də işləyirdi və Rövşən Lənkəranskinin qohumu olan Zaur Əhmədovun yaxın adamı idi. Rövşən Lənkəranskinin ölümündən sonra onun Moskva bazarlarındakı biznesinə nəzarət Z. Əhmədova keçib. Lakin Z. Əhmədovun harada olduğu bəlli deyil, onun biznesinə həmyerliləri nəzarət edir.
Ş. Məhəmmədova atəş açan isə əslən Gürcüstandan olan azərbaycanlıdır və Lotu Qulinin qruplaşmasının üzvüdür. Qətldə şübhəli bilinən şəxs hələlik saxlanılmayıb, bu istiqamətdə zəruri tədbirlər görülür.
Əldə olunan məlumata görə, əslində azərbaycanlılar arasındakı mübahisəyə səbəb kartof deyil, kriminal qruplaşmaların bazara nəzarət uğrunda mübarizəsi olub. Söhbət gəzir ki, Quli Z. Əhmədovun biznesini ələ keçirmək istəyir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
İsmail Kartal yoxa çıxdı
-
“Sabah” ÇL-in tarixinə düşdü
-
“Mançester Yunayted” 1016 gündən sonra Çempionlar Liqasında qol vurub
XƏBƏR LENTİ
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)





