İdman

"Aqolli Azərbaycanda ən yaxşı səfirimiz idi" - Albaniyanın prezidenti

19 Mart 2019 19:29
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Albaniyanın prezidenti İlir Meta "Qarabağ"dan ABŞ-ın "Nyu-York Kosmos klubuna keçən Ansi Aqolli barədə "facebook" səhifəsində paylaşım edib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, ölkə başçısı Ağdam klubunda 9 il oynayan albaniyalı müdafiəçiyə gələcək karyerasında uğurlar arzulayıb:

"Bir neçə gün əvvəl Bakıda öndə gələn futbolçumuz Ansi Aqolliylə görüşdüm və bundan məmnun oldum. Əvvəlki vaxtlarla müqayisədə o, 10 ilə yaxın oynadığı Azərbaycanın ən yaxşı komandası - "Qarabağ"dakı son günlərinə görə həyəcanlı idi. Sadəcə, mən deyil, Bakıda Albaniyanı təmsil edən hər kəs oradakı ən yaxşı səfirimiz olan Ansi Aqolli barədə xoş sözlər dediyinə inanıram. Mükəmməl idman karyerası olan Aqolliyə gələcəkdə uğurlar arzu edirəm. Sizinlə Aqollinin çempion komanda və azarkeşləriylə vida anlarını paylaşmaqdan qürur hissi keçirirəm".

Qeyd edək ki, Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. 36 yaşlı futbolçu Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.