İdman

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi olub - FOTO

17 Mart 2019 15:24
Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kubokunda final mərhələsinin ikinci gününün qalibləri və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, kişilər arasında dayaqlı tullanma, dəstəli at üzərində və turnikdə hərəkətlər, qadınlar arasında isə gimnastika tiri üzərində və sərbəst hərəkətlər üzrə qaliblər və mükafatçılar mükafatlandırılıb.

Qeyd edək ki, Bakıda 14-17 mart tarixlərində Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.

Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayıb. Olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.