İdman

İdman gimnastikası üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi keçirilib - FOTO

16 Mart 2019 15:07
Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda finalın ilk gününün qalibləri mükafatlandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollarda və halqalarla hərəkətlərdə qalib və mükafatçılar, qadınlar arasında dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda hərəkətlərin yekunu üzrə qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.