İdman

"Fiziki hazırlıq üzərində işləməliyik" - Bordin

19 Yanvar 2019 08:23
0 Şərh     Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaxşı və vacib sınaq oldu. Nəticədən başqa, futbolçuları izləmək, onların bir-biri ilə anlaşmalarını görmək vacib idi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Antalya toplanışı çərçivəsində Rumıniyanın "Qaz Metan" klubu ilə keçirilən yoxlama matçından (3:0) sonra klubun saytına açıqlamasında deyib.

İtaliyalı mütəxəssis qələbəyə baxmayaraq, problemlərin olduğunu bildirib: "Düzdür, fiziki hazırlıq və xətlərarası anlaşma üzərində işləməliyik. Amma bunun üçün kifayət qədər vaxtımız var. Önəmlisi odur ki, yoxlama oyunlarına yüksək əhval-ruhiyyə ilə başladıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.