İdman

Həbibin atası Putinin xahişini yerə salmadı

5 Dekabr 2018 10:33
1 Şərh     Baxış: 2 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UFC çempionu Həbib Nurməhəmmədovun məşqçisi və atası olan Abdulmanap Nurməhəmmədov Rusiya prezidenti Vladimir Putinin xahişini cavabsız qoymayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, A.Nurməhəmmədov Həbibi irlandiyalı Konor Makqreqorla döyüşdən sonra cəzalandırmayacağına dair Putinə verdiyi sözü yerinə yetirdiyini bildirib.

"Vladimir Vladimiroviç bunu məndən həm kamera önündə, həm də təkbətək söhbətdə xahiş etmişdi. Rəhmətlik atam da məndən bunu istəmişdi. Biz Həbiblə normal danışdıq və qərara gəldik ki, o, bir daha belə etməyəcək", - A.Nurməhəmmədov vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.