İdman

Əliyar Ağayevin idarə etdiyi oyunda Rusiya Çexiyanı DARMADAĞIN EDİB

10 Sentyabr 2018 22:25
0 Şərh     Baxış: 1 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Rusiya və Çexiya yığmaları arasında yoldaşlıq görüşü keçirilib.

Milli.Az "report"-a istinadən bildirir ki, "Rostov Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada hesabı 8-ci dəqiqədə Aleksey İonov açıb. O, 29-cu dəqiqədə penaltini də dəqiq yerinə yetirib. Meydan sahiblərinin digər qollarına 24-cü dəqiqədə Anton Zabolotnı, 79-cu dəqiqədə Aleksandr Yeroxin və 83-cü dəqiqədə Dmitri Poloz imza atıb. Qonaq komandanın təsəlli qolunu isə 74-cü dəqiqədə Tomaş Souçek vurub.

Ağayev oyunda hər iki sarı vərəqəni çexiyalı futbolçulara göstərib. 28-ci dəqiqədə Yan Boril, 63-cü dəqiqədə Tomaş Souçek cəzalanıb.

Qeyd edək ki, Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yardımçı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.