İdman

İspaniya Cüdo Federasiyasının idman direktoru: Bakıda əla təşkilatçılıq gözləyirəm...

10 Sentyabr 2018 18:44
0 Şərh     Baxış: 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cüdoçularımız xeyli vaxtdır bu yarışa hazırlaşırlar. Onlar texniki və taktiki baxımdan çox yaxşı toplanış keçiblər. Hər birinin məqsədi dünya çempionatında medal qazanmaqdır".

Milli.Az xəbər verir ki, bunu İspaniya Cüdo Federasiyasının idman direktoru Sara Alvarez Menendez Bakıda keçiriləcək dünya çempionatı haqda danışarkən deyib. O, bütün çəki dərəcələrində medal qazanmağa çalışacaqlarını vurğulayıb: "Bu, çətin olsa da, mümkünsüz deyil. Hər bir ispaniyalı cüdoçu mənim sevimlimdir. Ona görə də konkret kimlərdən medal gözlədiyimi söyləyə bilmərəm".

Federasiya rəsmisi Azərbaycan cüdoçuları barədə müsbət fikirdə olduğunu və Bakıda əla təşkilatçılıq gözlədiyini söyləyib: "Azərbaycan cüdoçularının əksəriyyəti güclü və əməksevərdirlər. Digər dünya çempionatlarında olduğu kimi, Bakıda da əla təşkilatçılıq gözəyirəm".

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.