İdman

Menecerdən açıqlama: Minyole “Napoli”nin bəyəndiyi futbolçudur

14 Avqust 2018 09:43
0 Şərh     Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un Alisson Bekkeri transfer etməsindən sonra Simon Minyole "Napoli"yə transfer olunmaq istəyir.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, belçikalı qapıçı bu istəyini meneceri vasitəsiylə bildirib. Qolkiperin meneceri açıqlamasında bunları deyib:

"Önümüzdəki bir neçə günü "Napoli"nin təklif göndərməsi üçün gözləyəcəyik. Hər kəsin məmnun qalacağı müqaviləyə imza atmaq istəyiriksə, transfer müddətinin bitməsinə qalan qısa vaxtda hərəkətə keçməyimiz lazımdır. Minyole "Napoli"nin bəyəndiyi futbolçudur. Onların futbolçu ilə maraqlanmaları yeni deyil, əvvəlki transfer dövrlərində də "Liverpul"un qapısını döymüşdülər. Transfer pəncərəsi bağlanana qədər bu mövzu haqqında yenidən danışacağımıza əminəm".

"Liverpul" 30 yaşlı qapıçı üçün 9 milyon avro tələb edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.