FİFA prezidenti Canni İnfantinonun Rusiyada təşkil olunmuş dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş Fransa - Belçika matçını stadiondan canlı izləməməsinin səbəbi müəyyənləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna onun dörd qızından ən kiçiyinin əməliyyat edilməsi səbəb olub. Belə ki, kəskin ağrılarla qız Sankt-Peterburqdakı xəstəxanalardan birinə aparılıb. Appendisit əməliyyatı uğurla başa çatan İnfantinonun qızının hazırda yaxşı olduğu bildirilir.
Milli.Az