İdman

Neymar niyə ağladığını açıqladı

23 İyun 2018 11:59
0 Şərh     Baxış: 2 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyalı hücumçu Neymar Kosta Rikanı məğlub etdikdən sonra ağlaması barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçu açıqlamasında insanların bilib-bilmədən danışmasından da gileylənib: "Bura gələnə qədər nələr yaşadığımı heç kim bilmir. Tutuquşu kimi danışırlar. Göz yaşlarım sevincdəndir, bacarmaq və qazanmaq istəyinin gətirdiyi duyğu partlaması idi. Həyatımdakı heç bir şey asan reallaşmayıb, indi də durum eynidir. Yuxu davam edir".

Xatırladaq ki, Braziliyanın 2-0 hesablı qələbəsi ilə yekunlaşan matçın uzatma dəqiqələrində ikinci qolu vuran  Neymar oyun bitdikdən sonra hönkür-hönkür ağlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.