İdman

DÇ-2018: Dünyanın ən böyük yarışı başlayır - FOTO

14 İyun 2018 13:06
0 Şərh     Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün dördilliyin ən böyük futbol yarışı start götürəcək. 

Rusiyada təşkil olunacaq "DÇ-2018" elə meydan sahiblərinin oyunu ilə başlayacaq.

Milli.Az fanat.az-a istinadən bildirir ki, A qrupunda yarışacaq Şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start verəcəklər. Çerçesovun komandası asiyalılarla oyunu DÇ-yə uğurlu başlamaq üçün əla şans kimi qəbul edir.

Meydan sahibi olduğu üçün seçmə mərhələdən azad olan ruslar bu müddətdə bir çox komandalarlar yoldaşlıq görüşləri keçirib. Rusiya millisinin hansı gücdə olmağı məhz bu oyundan sonra bəlli olacaq.

Səudiyyə Ərəbistanı da mundiala yaxşı start vermək niyyətindədi. Bunun üçün ərəblər meydan sahiblərinin "siftə"sini korlamalı olacaqlar.

Dünya çempionatının ilk matçı olduğundan bütün diqqətlərin üzərində olduğu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyunda ədaləti  Nestor Pitananın başçılıq etdiyi argentinalı hakimlər briqadası qoruyacaq.

DÇ-2018
I tur
A qrupu

19.00 Rusiya - Səudiyyə Ərəbistanı
Hakimlər: Nestor Pitana, Xuan Pablo Belyati, Ernan Maydana (Argentina), Sandru Riççi (Braziliya).
Moskva. "Lujniki" stadionu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.