Belçika millisinin DÇ-2018 üçün 23 nəfərlik yekun heyəti müəyyənləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, heyətdə aşağıda adları qeyd olunan futbolçular yer alıblar:
Qapıçılar: Tibo Kurtua ("Çelsi", İngiltərə), Simon Minyole ("Liverpul", İngiltərə), Kun Kastels ("Volfsburq", Almaniya);
Müdafiəçilər: Tobi Alderveyreld ("Tottenhem", İngiltərə), Dedrik Boyata ("Seltik", Şotlandiya), Vensan Kompani ("Mançester Siti", İngiltərə), Toma Menyee (PSJ, Fransa), Tomas Fermalen ("Barselona", İspaniya), Yan Fertongen ("Tottenhem", İngiltərə);
Yarımmüdafiəçilər: Yannik Ferreyra-Karrasko ("Dalyang İfan", Çin), Naser Şadli ("Vest Bromviç", İngiltərə), Kevin de Brüyne ("Mançester Siti", İngiltərə), Musa Dembele ("Tottenhem", İngiltərə), Leander Dendonker ("Anderlext"), Maruan Fellaini ("Mançester Yunayted", İngiltərə), Torqan Azar ("Borussiya M", Almaniya), Adnan Yanuzay ("Real Sosiyedad", İspaniya), Yuri Tilemans ("Monako", Fransa), Aksel Vitsel ("Tyantszin Syuanszyan", Çin);
Hücumçular: Mişi Batşuayi ("Borussiya D", Almaniya), Romelu Lukaku ("Mançester Yunayted", İngiltərə), Dris Mertens ("Napoli", İtaliya), Eden Azar ("Çelsi", İngiltərə).
Belçika millisi qrup mərhələsində Panama, Tunis və İngiltərə ilə mübarizə aparacaq. DÇ-2018 14 iyun-15 iyul tarixlərində Rusiyada keçiriləcək.
Milli.Az