İdman

"Qələbə qazansam da oyunumdan razı qalmadım" - Maqnus Karlsen

26 Aprel 2018 22:49
0 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirində VII tur lider dəyişikliyilə yadda qalıb.

Milli.Az "Report"a istinadən bildirir ki, dünya çempionu Maqnus Karlsen Bolqarıstan təmsilçisi Veselin Topalovu məğlub edərək yarış cədvəlində liderliyə yüksəlib.

Norveçli dünya çempionu Maqnus Karlsen mətbuat konfransında oyunundan razı qalmadığını bildirib:

"Bu oyuna çox ciddi hazırlaşmışdım. Debütdən sonra üstünlük əldə etdim və onu hücum qurmağa başladım. Rəqib diqqətli olsa da müəyyən səhvləri oldu. Vəziyyəti nəzarətdə saxladığım üçün sona qədər qələbə uğrunda oynadım. Qələbə həmişə sevinc bəxş edir. Çox şad oldum. Sadəcə oyundan razı qalmadım. Çoxlu sayda səhv etdim. Gedişləri düzgün saysam da gözləmədiyim oyunu izlədim. Bu qədər səhv etməli deyildim.

Bir qələbə turnir cədvəlində vəziyyəti dəyişsə də, ümumilikdə mübarizə davam edir. Son iki tur həlledici olacaq. Turnirdə dönüş yaratmağa çalışdım. Amma indidən 9 turdan sonra necə olacağını söyləmək çətindir. Məqsədim Şəmkir turnirində növbəti dəfə çempion olmaqdır".

Bolqarıstan şahmatçısı Veselin Topalov isə uduzmasını normal qəbul etdiyini söyləyib:

"Maqnus çox yaxşı oynadı. Bir anlıq oyunu xilas edəcəyimə inam yarandı. Sadəcə Karlsen imkan vermədi. Layiqli mübarizə sərgilədi. Uduzmağımı normal qəbul edirəm. Bununla belə 7 turdan sonra turnir cədvəlində vəziyyətim normaldı. Şəhriyar Məmmədyarov üzərində qələbədən sonra liderliyə yüksəlmişdim. İndi artıq Maqnus liderdi. Fikrimcə yüksək yerlər uğrunda mübarizədən uzaqlaşmamışam. Son iki turda qələbə qazanmaq çox vacibdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.