İdman

"Onun durumu qeyri-stabildir"

23 Mart 2018 21:25
0 Şərh     Baxış: 1 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın qapıçısı Manuel Noyerin zədəsi ətrafında müzakirələr davam edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yoahim Löv onun tez bir zamanda reablitasiyanı başa vuracağına inamını ifadə edib.

"Manuel qrafik əsasında bərpa prosesini keçir. Tez bir zamanda yüklənməni artıracaq. Əminəm ki, Noyer bu mövsüm "Bavariya"nın heyətində meydana çıxacaq və mütləq dünya çempionatına gedəcək".

Münhen klubu və Bundestimin sabiq qapıçısı Oliver Kan isə buna inanmır.

"Noyerin perspektivinə şübhə ilə yanaşıram. Onun durumu qeyri-stabildir. Dünya çempionatının startına cəmi 3 ay qalıb. Bu, neqativ nəticələrə səbəb ola bilər" - Kan deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.