İdman

Ronaldunun dublu "Real"a PSJ üzərində qələbə qazandırıb, "Liverpul" "Portu"ya 5 qol vurub - VİDEO - FOTO

15 Fevral 2018 07:46
12 Şərh     Baxış: 4 501

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib. Apasport.az saytının məlumatına görə, növbəti matçlar İspaniya və Portuqaliyada baş tutub.

Turnirin son qalibi və Çempionlar Liqasının kubokunu ən çox (12 dəfə) qazanmış "Real" PSJ ilə münasibətlərinə aydınlıq gətirib. Cari mövsümü qeyri-stabil keçirən və La Liqada 4-cü pillədə qərarlaşan madridlilər bütün diqqəti ÇL-ə yönəltdiklərini bir daha isbatlayıblar. Qarşılıqlı hücumlar şəraitində keçən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"ın heyətində Kriştianu Ronaldo dubl etdiyi halda, digər qola Marselo imza atıb. PSJ-nin qolunun müəllifi isə Adrien Rabio olub. 

Günün digər matçında "Porto" və "Liverpul" üz-üzə gəlib. Qonaqlar rəqibə göz açmağa imkan verməyiblər. 5:0 hesablı qələbə qazanan "Liverpul" növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.  

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

14 fevral

"Real" (Madrid, İspaniya) - PSJ (Fransa) - 3:1

Qollar: Ronaldo, 45 (pen.), 83; Marselo, 86 - Rabio, 33

Baş hakim: Canluka Rokki (İtaliya)

"Real": 1. Keylor Navas, 4. Serxio Ramos, 5. Rafael Varan, 6. Naço, 12 Marselo, 8. Toni Kroos, 10. Luka Modriç, 14. Kasemiro, 22. İsko, 7. Kriştianu Ronaldo, 9. Kərim Benzema

Ehtiyat oyunçular: 13. Fransisko Kasilya, 20. Marko Asensio, 11. Qaret Beyl, 19. Aşraf Hakimi, 15. Teo Ernandes, 23. Mateo Kovaçiç, 17. Lukas Vaskes

Baş məşqçi: Zinəddin Zidan

PSJ: 16. Alfonse Areloa, 32. Dani Alveş, 5. Markinyoş, 3. Presnel Kimpembe, 17. Yuri Berçiçe, 6. Marko Verratti, 19. Covani Lo Çelso, 25. Adrien Rabio, 29. Kilian Mbappe, 10. Neymar, 9. Edinson Kavani

Ehtiyat oyunçular: 1. Kevin Trapp, 2. Tiaqo Silva, 19. Lassana Diarra, 11. Anxel di Mariya, 23. Yulian Draksler, 12. Tomas Munier, 27. Xavyer Pastore  

Baş məşqçi: Unai Emeri

"Porto" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 0:5

Qollar: Mane, 25, 53, 85; Salah, 29; Firmino, 70

Baş hakim: Daniele Orsato (İtaliya)

"Porto": 12. Xose Sa, 8. Yasine Brahimi, 16. Ektor Herrera, 5. İvan Markano, 11. Mussa Mareqa, 25. Otavio, 21. Rikardo Pereyra, 23. Dieqo Reyes, 27. Serjio Oliveyra, 29. Soares, 13. Aleks Telles

Ehtiyat oyunçular: 1. İker Kasilyas, 17. Xesus Korona, 18. Majid Varis, 4. Osorio, 14. Qonsalo Pasiensia, 2. Maksi Pereyra, 10. Oliver Torres

Baş məşqçi: Serjio Konseysao

"Liverpul": 1. Loris Karius, 6. Deyan Lovren, 4. Vircil Van Diyk, 66. Trent Aleksander-Arnold, 26. Endryu Robertson, 7. Ceyms Milner, 14. Cordan Henderson, 5. Corcinyo Viynaldum, 19. Sadio Mane, 11. Məhəmməd Salah, 9. Roberto Firmino

Ehtiyat oyunçular: 22. Simon Minyole, 12. Co Qomes, 28. Denni İnqs, 20. Adam Lallana, 32. Joel Matip, 18. Alberto Moreno, 21. Aleks Oksleyd-Çemberleyn

Baş məşqçi: Yurgen Klopp

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Реал Мадрид - ПСЖ 3-1

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Alimardan · 15 Fevral 08:0100

    yaxsi bes niye Kərim Benzema tercume edilib, belke Karim Bənzəmə oxunmalidir oz dilinde, hemcinin bizim dilde?

    Cavab yaz
  • Anonim
    Real Madrid · 15 Fevral 08:0991

    Butun Real Madred Azarkeslerini Tebrik Edirem Allahin izni ile men size ne dedim Real sokecek Menim Gladiatorlarim Ireli

    Cavab yaz
  • Anonim
    CEZA · 15 Fevral 08:3941

    Bir Barca Azerkewi Olaraq Tebrik Edirem Realin azarkewlerini Haladi Psj Duya Ulduzlarini heyetine yiqsada Real Qeder Tecrubeli Kulub deyil Real oz Çempionlar liqasi Tecrubesi Sayesinde Psj den Qat qat ustundu Bu gun Psj Reala Qalib gelse idi bele Psj Hele Iller boyu caliwsa Bele Ftbol Tarixi ucun Realin etdikleri qeder Etmeyecek tebrik sizlere

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 15 Fevral 09:2951

    məndə bütün Real Fanatların təbrik edirəm, çətin oyun oldu amma bunu bacardıq, məncə bu oyun Realın oyunlarında bir dönüş olacaq, əsil Realı görmək iatəyirsizə indən belə Realın oyunların baxın.

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 15 Fevral 09:3520

    yenə bu oyunda benzemanın işi topsuz ora bura qaçmaq idi, dəyşiyliydən sonra oyun necə dəyişdi hər kəs şahidi oldu, konkret Real 65 ci dəqiqəyə qədər meydanda 10 nəfərlə oynayırdı, bu futbolçunu hər oyun star heyətində meydana çıxarmaqla səhv addım atır.

    Cavab yaz
  • Anonim
    XAKER · 15 Fevral 09:3731

    ASLAN HEMISE ASLANDI.FERQ ELEMIR O QOCADI YADA CAVAN.REAL AZARKESLERINI TEBRIK EDIREM.REAL HER ZAMANKI KIMI DUNYANIN 1 NOMRELI KLUBUDU.HALA MADRID.AVE REAL

    Cavab yaz
  • Anonim
    Real Madrid · 15 Fevral 09:3941

    bu esil 14 fevral sevgili olmayan Sevgilisi onu atan Real Madred bayrami oldu Sevgi dollu Real Madred

    Cavab yaz
  • Anonim
    raul · 15 Fevral 11:0311

    hala madridddddddddddddddddddddddddddddddddddddddd

    Cavab yaz
  • Anonim
    Barcelona · 15 Fevral 13:0302

    Dunən gecə.psj ozu ozunə uduzdu,neymar xəsislik etdi çox mbapedə hamı ozu vurmağ isdədi ama vuranmadılar ona gorə uduzdular

    Cavab yaz
  • Anonim
    Barcelona · 15 Fevral 13:0402

    Ama fantastik oyun gosdərdi psj səfərdə.olmasına baxmayarağ

    Cavab yaz
  • Anonim
    Barcelona · 15 Fevral 13:0501

    Oz evində.psj hucuma.atılacağ real uçun çətin olacag.hətda turu keçməmək şansıda var.onlar sona qədər mubarizı aparacag 2-0 olsa oduda psj 4/1 də olacağ

    Cavab yaz
    • Anonim
      Yağmur · 15 Fevral 14:3710

      Hala Madrid!!!! Afərin Mənim Realımaaaaaaaaaa

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.