İdman

“Qarabağ”a CAR-dan 2 rəqib

16 Yanvar 2018 12:30
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın maraq dairəsində olan Xama Billiatın Azərbaycana gəlişi baş tutmaya bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, CAR-ın "Mamelodi Sandaunz" klubunun formasını geyinən forvard elə bu ölkədə qala bilər.

Çünki o, CAR-ın daha iki klubundan təklif alıb. Bunlar "Kayzer" və "Orlando"du. Xüsusən də, ikincilər heyəti 28 yaşlı futbolçu ilə gücləndirməkdə israrlıdılar. Zimbabve millisinin üzvünün "Mamelodi Sandaunz"la müqavilə müddəti iyuna qədər olduğundan, o, mövsümün sonu üçün istənilən komanda ilə müqavilə bağlamaqda sərbəstdi.

"Orlando"nun qarşı tərəflə danışıqlara start verdiyi bildirilir. Pirates klubu ilk təklifinə "yox" cavabı almasına baxmayaraq, növbəti dəfə "Mamelodi Sandaunz"un qapısını döyməyə hazırlaşır. Lakin komandası da onu saxlamaq niyyətindədi. Pretoria klubu bunun üçün hazırda aylıq maaşı 160 min CAR randı (10,6 min avro) olan Billiatın məvacibini daha 40 min rand artırmağa hazırdı.

Qeyd edək ki, Xama Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.